Biznesmen məmurların illərdir yubatdığı saziş - NƏ BAŞ VERİR?
Sosial
Oxunub: 344
10 in 2021 | 20:19
Biznesmen məmurların illərdir yubatdığı saziş - NƏ BAŞ VERİR?


Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı süni əngəllər yaradılır

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünə dair dövlət komissiyasına Baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub. Bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər. İndiyədək bu vəzifəni iqtisadiyyat naziri icra edib.

Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir.

Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar pandemiyaya görə dayandırılıb. Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır.

Hazırda Azərbaycan ÜTT-nin 20-yə yaxın üzv ölkəsilə danışıqlar aparır. İndiyədək Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğız Respublikası ilə danışıqlar başa çatdırılmaqla müvafiq protokollar imzalanıb.

Son vaxtlar hökumət bir sıra mühüm islahatlar həyata keçirib, o cümlədən iqtisadi inkişafla bağlı 12 Yol Xəritəsi qəbul edib. Həmin Yol Xəritələrinin həyata keçirilməsinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün əsas olacağı gözlənilir.

Onu da qeyd edək ki, uzun müddətdir Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsi həllini tapmır və bu isə ölkə iqtisadiyyatına öz təsirini göstərir.

Niyə qonşu ölkələrin belə, üzv olduğu Azərbaycan tərəfi ÜTT-yə üzvlükdə maraqlı deyil?

Bunun səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Azərbaycan ÜTT üzvlüklə bağlı 25 ilə yaxındır danışıqlara başlayıb, ancaq ciddi nəticə olmayıb:

“Qonşu ölkələrin əksəriyyətinin ÜTT-yə üzvlüyü çoxdan təsdiqlənib. Gürcüstan və Ermənistan 2000-ci illərin əvvəllərində, Rusiya və Qazaxıstan isə 2014-2015-ci illərdə təşkilata üzv oldular. Azərbaycan isə bu prosesi uzadır və rəsmi mövqeyi bundan ibarətdir ki, ÜTT-yə üzvlük daxildə, əsasən də aqrar sahədə subsidiyaların verilməsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu da guya fermerlərimiz üçün problem yaradar. Əslində bu bəhanədən başqa bir şey deyil. ÜTT-yə üzvlük ölkələri beynəlxalq qaydalara uyğun ticarət əlaqələri aparmağa sövq edir. Biz gömrük və vergi qanunvericiliyimizi bu təşkilatın tələblərinə uyğunlaşdırmalıyıq. Qanunvericiliyin bəzi tələblərini yerinə yetirməliyik. Əsasən də beynəlxalq müqavilələrin tanınması, müəyyən problemlər yaranarkən beynəlxalq məhkəmələrə müraciət etmə hüququ kimi məsələlərlə bağlı çox təəssüf ki, Azərbaycan hökumətinin mövqeyi birmənalı deyil. Bu təşkilata üzvlük daxildəki bazarın açılmasına, inhisarçılığa qarşı mübarizədə müəyyən üstünlük qazandıra bilər.

Görünən odur ki, hökumət daxilindəki müəyyən lobbi qrupları, əsasən də məmur biznesi Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı süni əngəllər yaradırlar. Çünki bu təşkilata üzvlük Azərbaycan bazarının açılmasına, rəqabət mühitinin yüksəlməsinə səbəb ola bilər. Bu da istehlakçı olaraq hamımızın xeyrinədir”.

Ekspert deyir ki, qiymətlərin sabitləşməsi nöqteyi-nəzərindən, ölkəyə daha çox xarici şirkətlərin daxil olması, beynəlxalq qaydalara uyğun olaraq gömrük siyasətinin yürüdülməsi, ümumiyyətlə, bütün bunlar Azərbaycan istehlakçılarının xeyrinədir:

“Ona görə də bu təşkilata üzvlüklə bağlı Azərbaycan tərəfdən olan müəyyən əngəllər aradan qaldırılmalıdır. ÜTT-nin özü tərəfindən Azərbaycanın qəbulu ilə bağlı heç bir maneə yoxdur . Hətta elan ediblər ki, Azərbaycan tərəfi hazır olduğu zaman müəyyən ilkin niyyət protokolları imzalana bilər. Bu, həm də ona görə vacibdir ki, Azərbaycanın bir neçə ildir Avropa İttifaqı ilə də strateji tərəfdaşlıq haqqında bir müqaviləsi müzakirəyə çıxarılıb.

Orada ticarət anlaşması da var. Həmin ticarət müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri də Azərbaycanını ÜTT-yə üzvlük məsələsidir. Biz ilkin olaraq bu addımı atmalıyıq ki, Avropa İttifaqı ilə də o sazişin imzalanmasında yekun mərhələyə çata bilək. Bu, Azərbaycan üçün çox vacibdir. Yəqin ki, bunun uzadılmasının bir mənası yoxdur, əgər Azərbaycan hökuməti ÜTT-yə üzv olmaq istəmirsə, birdəfəlik bunu elan etməlidir. Ya da danışıqları intensivləşdirib quruma üzv olmaqla bağlı bu il ərzində, ya da gələn ilin əvvəlində protokolu imzalamaqla bağlı qərar verməlidir”.
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan