Səhiyyə Nazirliyinin VAKSİN TƏLƏSİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Sosial
Oxunub: 383
11 in 2021 | 22:22
Səhiyyə Nazirliyinin VAKSİN TƏLƏSİ... - BUNUN BAŞQA ADI YOXDUR...


İyunun 8-dən etibarən dövlət proqramı çərçivəsində Azərbaycana koronavirusa qarşı ABŞ və Almaniya şirkətlərinin birgə istehsalı olan “Pfizer-BioNTech” peyvəndi gətirilib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ilkin olaraq gətirilən 218 min doza Bakı Sağlamlıq Mərkəzində və 1 saylı Kliniki Tibbi Mərkəzin ambulator şöbəsində, “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında vurulacaq.

Qeyd edək ki, buna qədər Azərbaycanda əhaliyə Çin istehsalı olan “Sinovac” və Rusiyanın “Sputnik V” peyvəndləri vurulub. İyunun 10-na qədər ölkədə 2.624876 min nəfər peyvəndlənib. Bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında ilk sırada dayanır.

“Pfizer-BioNTech” COVİD-19-a qarşı ən etibarlı və təsirli vaksin sayılır. ABŞ, İsrail, Böyük Britaniya kimi ölkələrdə əhalinin peyvəndlənməsində əsasən bu vaksindən istifadə olunub. Ona görə də, Azərbaycanda da bu peyvəndə maraq böyükdür.

“Pfizer”in əsasən özəl klinikalara verilməsi isə ondan xəbər verir ki, burada başqa maraqlar da var. Çünki klinikalar müraciət edən vətəndaşlardan peyvənddən əvvəl əlavə ödəniş tələb edirlər. Səhiyyə Nazirliyi buna bəribaşdan “yaşıl işıq” yandırıb. “Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırılır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq“, – deyə nazirliyin məlumatında vurğulanır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin randevu.its.gov.az saytında isə qeyd olunub: “Özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssəsinə müraciət edə bilərsiniz”.

“Pfizer” vurdurmaq üçün də eyni prosedurlardan keçmək lazımdır. Səhiyyə Nazirliyi bildirir ki, vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə, onlayn qaydada növbə götürməlidir. Vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

“Pfizer” peyvəndinin vurulacağı tibb mərkəzlərinin adları da randevu.its.gov.az saytında yerləşdirilib. Vətəndaşlar sayta daxil olmaqla Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxana, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasından birini seçə bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Press Klub”a bildirdilər ki, peyvəndlərin özəl və dövlət tibb müəssisələri arasında bölgüsü Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən aparılıb. Quruma klinikaların adları olan siyahı gəlib və onlar da saytda yerləşdiriblər. Agentlik “Pfizer”in əsasən özəl klinikalara verilməsinin səbəbləri haqda hər hansı məlumata malik deyil.

Səhiyyə Nazirliyinin vaksinin özəl klinikanın daxili qaydaları çərçivəsində vurulacağı, əvvəlcə ödənişli müayinə tələb ediləcəyi barədə xəbərdarlığına gəlincə, bu məsələ peyvəndlənmə prosesində yenilikdir. Məlumdur ki, vaksinlər ölkəyə dövlət proqramı hesabına gətirilir və pulsuz vurulur. Amma “Pfizer”lə bağlı fərqli vəziyyət yaranıb. Özəl klinikaların böyük tələbat olan bu peyvəndi gəlir mənbəyinə çevirəcəyi barədə narahatlıq var. Səhiyyə Nazirliyi də buna şərait yaradıb.

Mərkəzi Klinik Xəstəxanadan “Press Klub”a bildirildi ki, peyvənd pulsuz vurulur. Yalnız vətəndaş əlavə müayinə istəyərsə, bu, ödənişlidir. Bununla belə, müraciət edənin təzyiqi ölçüləcək, terapevt tərəfindən yoxlanılacaq və bu xidmətlər ödənişsizdir.

“Leyla Medical Center”dən isə məlumat verildi ki, “Pfizer” vaksini vurulmazdan əvvəl vətəndaş mütləq müayinədən keçməlidir. Bunun üçün 30 manat ödəmək lazımdır.

“Caspian İnternational Hospital”dan da peyvənd vurulmasından əvvəl vətəndaşların müayinə edildiyi və bu xidmətin ödənişli olduğu diqqətə çatdırıldı: “Qaydalar artıq müəyyənləşib, vətəndaşlar onlayn qaydada növbə götürüb, randevu saatında yaxınlaşaraq peyvənd vurdurmalıdırlar”.

M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasından deyildi ki, vətəndaşlar müvafiq qaydada vaksin üçün müraciət edə bilərlər. Vaksinlər pulsuz vurulur və müayinə üçün ödəniş tələb edilmir.

Bəs, “Pfizer” peyvəndinin özəl klinikalara verilməsi və əlavə müayinə üçün pul tələb edilməsi nə dərəcədə doğrudur?

Tibb elmləri doktoru Adil Qeybulla “Press Klub”a açıqlamasında bildirdi ki, vaksinlərin özəl klinikalara verilməsi doğru deyil:

“Peyvəndlər ölkəyə dövlət proqramı çərçivəsində gətirildiyinə görə ancaq dövlət tibb müəssisələrinə verilməlidir. Əlbəttə, özəl klinikanın öz tələbləri, öz maraqları olacaq. Gərək, aidiyyəti qurumlar buna yol verməsin”.

Həkim əlavə etdi ki, ABŞ, Britaniya və Türkiyə təcrübələrində də peyvəndlər ancaq dövlət tibb müəssisələrində vurulub. Ona görə də, vaksinlərin özəl klinikalara verilməsi başadüşülən deyil. //pressklub.az//
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb