Eldar Mahmudovun bankiri həbs oluna bilər - Çingiz Əsədullayevin ölkədən çıxışı yasaqlanıb
Sosial
Oxunub: 546
11 in 2021 | 19:17
Eldar Mahmudovun bankiri həbs oluna bilər - Çingiz Əsədullayevin ölkədən çıxışı yasaqlanıb


2015-ci ilin oktyabrında Eldar Mahmudovun dəstəsinə qarşı gerçəkləşən əməliyyat bir anın içində ona bağlı biznes sahiblərini də çətin duruma saldı. 6 il əvvəl bu günlərdə Çingiz Əsədullayev Bakıdakı “Saatlı bina”dakı evindən çıxıb Kanar adalarına istirahətə getməyə hazırlaşırdı. Heç ağlına da gəlmirdi ki, onun yolunu parlamentdən salan, cibinə deputat mandatı, yaxasına bayraq sancdıran Eldar Mahmudov 4 aydan sonra hakimiyyət olimpinin zirvəsindən kəllə-mayallaq üzüaşağı buraxılacaq. Onun milyardlara dirənən varidatı, cibindəki mandatı sual altına düşəcək.

2020-ci ilin yayında Mərkəzi Bank “AGBank”ın ləğvi haqda qərarını açıqladı. Qərarda qeyd olunurdu ki, “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Çingiz Əsədullayev: “6 övladım var, ölkəmdən niyə qaçmalıyam ki?..” - Modern.Az Azərbaycan və dünya xəbərləri

Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkməklə, 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqe tutdu. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı. Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun “çətiri” altında idi. Eldar Mahmudov milli təhlükəsizlik naziri olduğu dönəmdə Çingiz Əsədullayev bankı qanunsuzluq yuvasına çevirmişdi. Bank işini nüfuzdan salan, əhalinin banklara inamını azaldan, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hallar idi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı bankı öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayev də çökdü. Amma cəzasız qaldı.

Bununla belə, gələn məlumatlara əsasən, onun ölkədən çıxışı yasaqlanıb. Çingiz Əsədullayev daha Kanar adalarına gedə bilmir. Heç bu haqda xəyal qurmaq halında da deyil. Eldar Mahmudovun generalları Mövlam Şıxəliyev və Nizami Şirinovun bu ilin aprelində həbslərindən sonra onun da “kürkünə birə düşüb”.

Yada salaq ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra 20-dən çox “mahmudovçu” istintaqa cəlb edilmişdi. Lakin Mahmudovun adına bağlı olan cinayətlərin çox hissəsi də araşdılmamış qalmışdı. Cəmiyyətdə belə fikir formalaşmışdı ki, “MTN işi” bu şəkildə gündəmdən çıxarılacaq. Amma 2021-ci ilin aprelində Mahmudovun ən yaxın ətrafına daxil olan 2 generalın həbsi “MTN işi”nin yeni müstəviyə çıxması anlamına gəldi. Mümkündür ki, günlərin birində illərlə Eldar Mahmudovun bank işlərini görən, ölkədən 6 milyarda yaxın vəsaiti özünün “AGBank”ı üzərindən ofşorlara çıxaran Çingiz Əsədullayev də istintaqçıların əlinə keçsin.

“Yeni Müsavat”
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...