“Burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə” - NARAZILIQ!
Sosial
Oxunub: 287
24 in 2021 | 19:21
“Burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə” - NARAZILIQ!


“Gecənin bir vaxtı zəng gəldi ki, idman zalı sökülür. Qaçıb getdim, gördüm ki, ərazidə ağır texnikalar hərəkətdədir, mənə məxsus tikilini darmadağın ediblər. Şirkət binanı dağıdıb, içərisində olan idman avadanlıqları, şəxsi əşyalarım, naliyyətlərim, mənəvi dəyəri yüksək olan kubok və medallarım, təltiflərim hələ də binanın içərisində qalıb”.

Bakı sakini İlham Sərdarov Meydan TV-yə danışır ki, “Olumpus Park” tikinti şirkəti bu il martın 20-də gecə saatlarında onun mülkiyyətində olan və Xətai rayonu, Cavanşir küçəsi 36 ünvanında yerləşən “Lider” idman klubunun binasını qanunsuz olaraq söküb. İlham Sərdarov deyir, şirkət həmin gecə saat 4 radələrində əraziyə ağır texnikalar gətirib, tikili yararsız vəziyyətə salınıb.

“Burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə” - NARAZILIQ!


“Zərər vurduqlarını özləri də etiraf etdi, amma...”

“Aylardır ki, yazmadığımız, müraciət etmədiyimiz qurum qalmayıb. Səs-küy salandan 2 ay sonra Fövqəladə Hallar Nazirliyi işi dayandırdı. Həmin vaxt Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də mənə məktub göndərdi ki, “Olimpus Park” MTK tərəfindən aparılan tikinti işləri aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırılıb. Hətta şirkətin rəhbərliyi özü də etiraf etdi ki, ərazidə bina tikintisi apararkən mənim əmlakıma təsadüfən texniki qəza nəticəsində zərər dəyib. Mən də aidiyyəti qurumlara müraciət edərək şirkətin vurduğu zərəri aradan qaldırmasını tələb etdim. Ancaq hər şey tərsinə oldu, bir neçə gün əvvəl yenə hərəkətə keçdi. İndi deyirlər, “burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə”, - İlham Sərdarov deyir.

“Burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə” - NARAZILIQ!


“Lider” idman klubu

Mənbə: İlham Sərdarovun şəxsi arxivindən

“Sökən şirkət Orxan Əliyevindir”

İlham Sərdarovun sözlərinə görə, işin arxasında Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev dayanır:

“Hələ təxminən 2 il 7 ay əvvəl Orxan Əliyev əraziyə gəlmişdi. O vaxt hələ heç tikinti başlamamışdı. Ondan sonra Orxan Əliyevlə bir dəfə də ofislərində görüşmüşəm. Mən hələ o vaxta qədər də bilirdim ki, bu adamlar çox yerdə bina tikirlər, insanlara qarşı haqsızlıqlar edirlər. Necə deyərlər, eşitdiklərim öz başıma da gəldi”.

Tərəflər məhkəməyə üz tutub

“RS CONSTRUCTİON” MMC Xətai Rayon Məhkəməsində İlham Sərdarova qarşı torpaq sahəsinin boşaldılması tələbiylə iddia qaldırıb. Şirkət iddia ərizəsində göstərib ki, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən 12273 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə “RS CONSTRUCTİON” MMC-yə məxsusdur. Torpaq sahəsinin bir hissəsində cavabdeh İlham Sərdarova məxsus birmərtəbəli köhnə zirzəmi mövcud olub. “RS CONSTRUCTİON” MMC-nin Bakı şəhəri Memarlıq və Şəhəraslma Baş İdarəsi ilə əldə edilmiş rəsmi razılığa, müvafiq icra hakimiyyətinin Sərəncamına əsasən, sözügedən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilib. İlham Sərdarov əvvəllər tikinti işlərinin aparılmasına və zirzəminin sökülməsinə etiraz etməyib. Ancaq sonradan ona kompensasiya şəklində ödəniləcək məbləğlə (80 min manat) razılaşmayaraq fikrindən daşınıb. Şirkət rəhbərliyi həmçinin hesab edib ki, İlham Sərdarov bu məsələni kütləvi informasiya vasitələrində işıqlandırmaqla şirkətin nüfuzuna xələl gətirmək məqsədi güdüb. Şirkət məhkəmə yoluyla İlham Sərdarova şirkət tərəfindən 80 min manat kompensasiya ödənilməklə mülkiyyət hüququndan məhrum edilməsini, həmçinin şirkətin nüfuzuna xələl gətirdiyinə görə 1,5 milyon manat təzminat ödəməsini istəyir.

“Burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə” - NARAZILIQ!


"Şirkət binanı dağıdıb"

Mənbə: İlham Sərdarovun şəxsi arxivindən

Vətəndaş şirkətdən ümumilikdə 1,5 milyon manat tələb edir

İyunun 22-də Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə şirkətin iddiasına baxılmalıydı. Ancaq şirkətin nümayəndəsi gəlmədiyi üçün məhkəmə iclası təxirə salınıb. İlham Sərdarov da eyni məhkəmədə şirkətə qarşı iddia qaldırıb. O, qarşı tərəfdən tikilinin bərpası üçün 500 min, mənəvi zərərə görə isə 1 milyon manat tələb edir. İddia ərizəsi eyni hakimin icraatına verilib.

İlham Sərdarov deyir, sahibi olduğu “Lider” idman klubu 30 ildən çox imiş ki, fəaliyyət göstərirmiş:

“Bu klubda məşq edən idmançılar həm respublika, həm dünya səviyyəli yarışların qalibi olublar, bayrağımızı qaldırıblar. Hzırda idman zallarının fəaliyyəti bərpa edilib. İllərdir ki, hər cür şəraiti olan zalımızda məşq etmiş idmançılar indi başqa idman zallarına üz tutmalı olub. Bu da şirkətin bizə vurduğu zərərin başqa tərəfidir”.

Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevlə əlaqə saxlamaq mümkün olmayıb. Federasiyaya məxsus olan telefonlara cavab verilməyib.

“Burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə” - NARAZILIQ!


"Şirkət həmin gecə saat 4 radələrində əraziyə ağır texnikalar gətirib"

Mənbə: İlham Sərdarovun şəxsi arxivindən
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ