Deputat:"Artıq "bir millət iki dövlətdən" "iki millət üç dövlətə" irəliləyə bildik"
Siyaset
Oxunub: 401
28 iy 2021 | 10:37
Deputat:"Artıq "bir millət iki dövlətdən" "iki millət üç dövlətə" irəliləyə bildik"


"Bu sıradan bir hadisə sayılmaz. Artıq üç qardaş ölkə bütün platformalarda öz imkanlarını birləşdirmək niyyətini dünyaya bəyan edirlər. İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü də bu birliyin ən bariz nümayişi sayıla bilər".

Bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, məlumdur ki, Azərbaycan, Pakistan və Türkiyə artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edirlər. "Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Haber Qlobal" kanalına verdiyi müsahibədə vurğulayıb ki, bu platforma Pakistanda Azərbaycan parlamentinin spikeri xanım Qafarova tərəfindən təklif edilib.
Artıq Azərbaycan Parlamentinin spikeri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi münasibətlərin daha sürətlə irəlilədiyini göstərir. Şübhəszi ki, bu təşəbbüs Azərbaycan prezidentinin tövsiyyəsi ilə irəli sürülüb və hər üç dövlətin başçısının son illərdə yürütdüyü siyasətin ruhuna uyğun bir nəticə kimi anlaşılmalıdır"-o qeyd edib.

Deputat əlavə edib ki, bilindiyi kimi Vətən müharibəsi zamanı Pakistan və Türkiyə Azərbaycana böyük mənəvi-siyasi dəstək verib:"Şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları qürurla dalğalanması faktı özlüyündə bu dəstəyə verilən minnətdarlıq cavabı idi.

Gündəliyə əsasən, Bakı Bəyannaməsi qəbul olunub, gələcək koordinasiya üçün əlaqələndirici şəxslər təyin edilib. Həmçinin, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb.
Belə bir tarixi hadisənin iştirakçısı olmaqdan həqiqətən qürur duydum və əminəm ki, yaxın gələcəkdə bu üç dövlətin bölgədə əməkdaşlığı bütün sahələrdə öz ciddi təsirini göstərəcəkdir. Necə deyərlər, artıq "bir millət, iki dövlət"dən "iki millət, üç dövlət"ə doğru irəliləyə bildik. Allah bu qardaşlığımızı, birliyimizi sonadək qətiyyətlə qorumağı bizlərə nəsib etsin!"
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ