3-12-2020, 19:44 Oxunub: 59
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”

Son dövrdə yeni növ koronavirus infeksiyasından ölüm hallarının artması bilavasitə yoluxanların sayının artması ilə sıx bağlıdır.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, xəstələrin sayı artdıqca onu ağır və çox ağır keçirən şəxslərin sayı da müvafiq olaraq çoxalır. Digər tərəfdən, evdə həkim nəzarəti olmadan müalicə edilən bir sıra xəstələrin də xəstəxanalara vəziyyəti ağırlaşdıqdan sonra - gecikmiş halda hospitallaşdırılması ölüm faizi göstəricisinin müəyyən qədər artmasına səbəb olur.
Bununla belə, baş infeksionist hesab edir ki, ümumilikdə Azərbaycanda yeni koronavirus infeksiyasından orta ölüm göstəricisinin bir çox ölkələrlə müqayisədə daha aşağı olduğunu söyləmək olar.
Qeyd edək ki, hazırda Azərbaycanda koronavirusdan ölüm göstəricisi bütün yoluxmaların 1,1 faizini təşkil edir.
XƏBƏR LENTİ
23:39 | Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq! 22:50 | Hacıqabulda vətəndaşları incidən kimdir? - Nazirə müraciət olundu 22:22 | Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO 21:47 | Başçının DİQQƏTİNƏ: Goranboyda vətəndaş acınacaqlı durumdadır... - Vətəndaş HARAY ÇƏKİR 21:18 | Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR 20:44 | Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT 20:19 | Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA 19:52 | "Görəsən, bu şirkətə bir əncam çəkən olacaq?" - GİLEY 19:23 | Ermənistan üçün tək şans: Bataqlıq, yoxsa aydınlıq? - TƏHLİL 18:45 | Məğlub ölkə kapitulyasiyadan sonra strateji “yol xəritəsi axtarışında - TƏHLİL 18:20 | Azərbaycan ictimaiyyəti qardaş ölkənin ölkəmizdə hərbi baza qurmasını arzulayır - AMMA... 17:49 | Vidadi Muradovun qandallanmasını qaçılmaz edən səbəblər - ilginc detallar... 17:21 | Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO 16:46 | “Döyüşdən qayıdan hərbçilərə psixoloji yardım mütləqdir” - GƏLİŞMƏ 16:17 | Metro da açılmalıdır, digər obyektlər də... - Əks halda...