“İşğaldan azad edilən torpaqlar oliqarxlara pay edilməyib”
Sosial
Oxunub: 341
15 sen 2021 | 20:17
“İşğaldan azad edilən torpaqlar oliqarxlara pay edilməyib”


Azad olunan torpaqlarımıza köç nə vaxt başlayacaq? Bu torpaqları hansı şəkildə böləcəklər? Kimlər Qarabağda torpaq sahibi olacaq? Qarabağda torpaq islahatı nə vaxt keçiriləcək?
Bu suallar cəmiyyətimizdə tez-tez eşidilir.

Hazırda işğaldan azad olunmuş ərazilərin torpaq fondu, yararlı və yarasız torpaqların həcmi, dövlət obyektləri, yaşayış binaları, evləri və həyətyanı sahələrlə bağlı açıq və detallı məlumat yoxdur. Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının verdiyi qərara əsasən işğaldan azad olunmuş rayonlarda meyvəçilik üzrə bağlara birdəfəlik subsidiya veriləcək. Bildirilir ki, Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Üzüm bağlarını kimlər və hansı torpaqlarda salacaqlar? Çoxları bu torpaqlarda bələdiyyə seçkilərinin, islahatların aparılmamasından, torpaqların hansısa şirkətlər tərfindən əkilib- biçilməsindən narahatlıq ifadə edirlər.

Təbii ki, Qarabağda, işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının aparılması da zəruridir. Bu 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” qanunda da əks olunmuşdu və bildirilmişdi ki, həmin ərazilərdə iqtisadiyyatın bərpası xüsusi dövlət proqramı əsasında aprılacaq.

İşğaldan azad olunmuş ərazilərdə torpaqların statusu qeyri-müəyyən qaldığı üçün bələdiyyələrin formalaşması da yubanır.

Kənd Təsərrüfatı Nazirliyindən adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, bu məsələ birbaşa dövlət başçısının nəzarəti altındadır, onun verdiyi göstərişlərə bağlıdır.

“Biz torpaqlarımızı yenidən düşmənə vermək üçün azad etmədik. Alınmış torpaqlar əkilməli, becərilməlidir. Bu gün bu torpaqları hansısa özəl şirkətlər əkib-becərirsə, bu düşmənlərə göstərmək üçündür. Nazirliyin daxili imkanları bu böyüklükdə əraizlərdə iş görməyə imkan vermirsə, özəl şirkətlərdən də dəstək alır. Amma bu o demək deyil ki, həmin ərazilər o şirkətlərə pay edilib. Torpaq bölgüsü aparılacaq. Bu dəfə daha düşünülmüş, daha ağıllı şəkildə. Birinci torpaq islahatlarından insanlar narazı qaldılar. Bütün bunlar nəzərə alınır. Bu gün o torpaqlarda görülən iş həcmi həddən artıq böyükdür. Kəlbəcərin ərazisi dünyanın 5 kiçik dövlətinin ərazisindən daha böyükdür. Bir il ərzində orda böyük işlər aparıldı, tikinti bumu başladıldı, tikilən hava limanları, çəkilən yollar, ağıllı kəndlər böyük əmək və vəsait hesabına həyata keçirilir. Bütün bunların hamısı o torpaqlara böyük köçün, qayıdışın təşkili, iqtisadiyyatın dirçəlişi üçündür. Heç kim kənarda qalmayacaq. Hətta gəlib Qarabağda yaşamaq istəyən digər bölgələrin insanları da olacaq. Ona görə “ torpaqları oliqarxlar əkdi, bölüşdürdü” kimi fikirlərdən narahat olmağa dəyməz. İşğalçılar əkməkdənsə, öz sahibkarlarımız əkir, investisiyalar qoyurlar. Müharibədə bizə dəstək olmuş ölkələrin iş adamlarının da investisiyalarından istifadə olunur. Son nəticə etibarilə fayda vətənimizədir. Bu torpaqların onlara verilməsi demək deyil. Üzüm bağlarının əkilməsinə 2022-ci ildə başlanılacaq. Ona qədər də yəqin daha dəqiq və ətraflı məlumat veriləcək”,- deyə o bildirib.

Subsidiya yalnız köçkünlərə, yoxsa digər rayon sakinlərinə də aiddirmi? Nazirlikdən bildirildi ki, qərar bütün vətəndaşlara şamil olunacaq.

Deputat Cavanşir Paşazadə bizimyol.info-ya bildirib ki, investorlara içarəyə verilən torpaqlar bələdiyyə ərazisi ola bilər. “Qarabağlılara pay torpaqları veriləcək. Amma tam detallar hələ bəlli deyil. Zamanı gələndə bu barədə açıqlama veriləcək”.

Qarabağlılar isə hələlik oturub gedəcəkləri günü gözləyirlər. Böyük məskunlaşma başlayarkən əslində ora gedən hər vətəndaş önəmli olacaq, çünki düşmənlə sərhəddə qala kimi dayanmasaq, əkib becərməsə, qorumasaq, bu aparılan müharibəmizin boşa getməsi anlamını verər. Xatırlayırsınızsa, bir müddət öncə işğaldan azad olunan torpaqlara qayıtmaq istəyənlərin sorğusu aparılmışdı. Əgər iş yerləri olacaq və təhlükəsizlik təmin ediləcəksə, kim o cənnətdə yaşamaq istəməz ki?.. Qarabağ bundan sonra yalnız qarabağlıların deyil, bütün bölgələrdən gələnlərin yurd yeri olacaq və olmalıdır. Orda hər ailədən, hər nəsildən bir oğulun qanı tökülüb. Qanımız tökülübsə, hamımız Qarabağlıyıq.
Bizimyol.info
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır