Vüqar Behbudovun özəl SOSİAL XİDMƏT SİYASƏTİ... - İDDİA
Sosial
Oxunub: 390
13 okt 2021 | 23:39
Vüqar Behbudovun özəl SOSİAL XİDMƏT SİYASƏTİ... - İDDİA



Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun qazi və şəhid ailələrinə mənzilləri rüşvətlə gizlin bölməsindən nə qədər yazılsa da, nə qədər PA-dan, NK-dan, MM-dən, Hesablama Palatasından, Ombudsmandan ƏƏSMN rəhbərliyinə müraciətlər edilsə də, hələ ki, başabəla sosial məmura “gözün üstə qaşın var” deyilmir. Hətta baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin 161 “qaynar xətti”nə edilən şikayət də 2 ildən sonra(? ) şikayətçinin izahatı alınmaqla “operativ” araşdırılır”. Dəhşətli dərəcədə ilginc olan idarənin müstəntiqi Rəşad Məmmədovun Qarabağ qazisinin Konstitusiya ilə, qanunla, məhkəmə qərarı ilə təminat verilən hüququna qadağa qoyan məmurun hərəkətində korrupsiya faktının olmamasını bildirməsidir. Halbuki “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələbinə görə, vətəndaşın qanunla qorunan hüququna maneçilik törədilməsi korrupsiyaya şərait yaradan hal kimi qəbul edilir. Eyni zamanda, vətəndaşın rüşvət verməyə təhrik edilməsinin korrupsiya faktı olmasını, kim bilməsə də, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları bilməmiş olmazlar. Di gəl, bu yekəlikdə idarənin əməkdaşı mənzillərin rüşvətlə bölünməsinin sübut edilməsi görəvini zərərçəkən, rüşvət vermədiyinə görə mənzilsiz qalan, ailəsi dağılan Qarabağ qazisinin üzərinə düşdüyünü bildirib . Bəs onda bu yekəlikdə idarə nəyə gərəkir?

Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə qarşı ayrı-seçkiliyi o həddədir ki, NK-dan, Ombudsmandan daxil olan Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyasını, müalicəsini təşkil etməkdən belə imtina edir! “Əsas” kimi NK-nın 12.08.2002 tarixli 128 saylı qərarının əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya yollayışı ilə təmin edilmələrini ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) yox, uyğun hərbi qurumların üzərinə qoyduğu vurğulanır. Bu “əsas”ın qanunsuzluğu, ilk növbədə, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinin, adından göründüyü kimi, sanatoriya-kurort yox, reabilitasiya qurumu olmasında özünü göstərir. Eyni zamanda, Sosial Xidmətlər Agentliyinin nizamnaməsinin 3.1.1 və 3.1.2 maddəsində yazılıb ki, ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN REABİLİTASİYA MÜƏSSİSƏLƏRİNDƏ REABİLİTASİYASI ilə bağlı TƏDBİRLƏR GÖRMƏK; VƏTƏNDAŞLARIN SANATORİYA -KURORT PUTYOVKALARI (YOLLAYIŞLARI) ilə TƏMİN EDİLMƏSİNİ TƏŞKİL ETMƏK Agentliyin başlıca görəvlərindəndir. Bu isə o deməkdir ki, sanatoriya yollayışı ilə təmin edilmənin hansı qurumun üzərinə qoyulmasından asılı olmayaraq yollayışla təminatın təşkili Sosial Xidmətlər Agentliyinin üzərinə görəv olaraq qoyulub! Bəs niyə SXA görəvini icra etməkdən, Qarabağ qazilərinə xidmətdən imtina edir? Bunun qərəzli ayrı-seçkilikdən özgə nə adı ola bilər? Ali dövlət hakimiyyəti orqanları , NK özünün qəbul etdiyi qərarın icrasını təmin etmək üçün ƏƏSMN -ə, ƏƏSMN də tabeliyindəki SXA-ya göndərirsə, SXA-nın NK qərarını yanlış izah və tətbiq edib xidmətdən imtina etməsi özbaşınalıqdan özgə, həm də dövlətə, onun başçısına, sosial siyasətinə qarşı çıxmaqdır . Lap, tutaq ki, NK, Ombudsman, PA, MM yanlış olaraq ƏƏSMN -ə, o da tabeliyindəki SXA-ya üz tutub. Axı, SXA “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10 maddəsinə əsasən, ona aid olmayan müraciəti üç iş gününündən gec olmayaraq aidiyyatı (hərbi) quruma göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir! Niyə qanunun tələbinə əməl edilmir? Yeri gəlmişkən, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətin barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərilməsinin qadağan edilməsinə baxmayaraq, Ombudsman Aparatının SXA-dan şikayəti SXA-ya göndərib, ondan aldığı qanunsuz cavabı “konstitusiya aktı” kimi qəbul etməsi və hüququ pozulanlara sırıması də yolverilməzdir. Elə qanuna hörmətsizliyin nəticəsidir ki, SXA-nın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlıya məlumatı əsasında sonuncu 07.10.2021 tarixli məktubla 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə bildirib ki, 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİNƏ QULLUQ EDƏN HƏYAT YOLDAŞININ SANATORİYA MÜALİCƏSİNİ TƏŞKİL EDƏ BİLƏRLƏR, AMMA MÜALİCƏYƏ EHTİYACI OLAN 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİNİN ÖZÜNÜN YOX! Özbaşınalığa baxın, qaziyə qulluq edən şəxsin müalicəsini təşkil edirlər, amma müalicəyə ehtiyacı olanın yox! (?) Belə

sosial xidmət , ailə dağıtmaq siyasəti ilə Vüqar Behbudov yalnız və yalnız öz ailəsinin cibini doldurmaq görəvini yerinə yetirə bilər. Belə görəvin sonu isə korrupsiyaya qarşı mübarizə idarəsində cavab verməklə bitir.

Məğrur Bədəlsoy
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO