Müdafiə Nazirliyində ŞÜBHƏLİ MƏNZİL BÖLGÜSÜ... - İDDİA
Sosial
Oxunub: 386
13 okt 2021 | 18:20
Müdafiə Nazirliyində ŞÜBHƏLİ MƏNZİL BÖLGÜSÜ... - İDDİA


Məlumdur ki, hərbi qulluqçuların sosial-məişət və mənzil-kommunal şəraitlərinin daha da yaxşılaşdırılması həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Cənab Prezident İlham Əliyevin göstərişi ilə hərbçi ailələri üçün yeni binalar, hərbi şəhərciklər inşa edilib.
Çox təəssüf ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində çalışan bəzi rəislərin, JEK işçilərinin qanunsuz əməlləri bəzi hərbçi ailələrini narazı salır və bu narazılıq mətbuat səhifələrinə də çıxır. Hətta bu narazılıqdan yaranan şikayətlər Hərbi Prokurorluğa, ölkə rəhbərliyinə ünvanlanlr.
Yəni dövlət vəsaiti hesabına hərbçilər üçün inşa edilən xidməti mənzillər kimlər üçünsə al-ver mənbəyinə çevrilir.
Və çox təəssüf ediləsi haldır ki, belə neqativ hallara yol verən Mənzil İstismar İdarələrinin Hissələrinin rəisləri Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanova arxalanırlar.
Onu da qeyd edək ki, cənab Osmanovun adı daha çox neqativ hallarda hallanır, mediada onun mal-qara fermalarından bəhs edilir.
Sözün qısası, MN sistemində mənzil bölgüsündə ədalət tərəzisi NÜSRƏDDİN kimi “makler”lərin əlindədir.
Deyilənə görə Əhmədlidə ( Zığda) JEK rəisi olan Nüsrəddin dövlətin hərbçilər üçün tikdiyi mənzilləri dədəsinin malı kimi satıb cibinə qoyur.
Məsələn, 40 saylı mənzili Anar adlı şəxsə satıb, o da həmin mənzili kirayə verib, yəni onun və ailəsinin mənzilə ehtiyacı yoxdur.
Nüsrəddin o qədər həddini aşıb ki, 42 saylı mənzili heç vaxt hərbdə olmayan şəxsə 3 min manata satıb. Ulduz hərbi şəhərciyindəki mənzili 7 min manata Racib adlı şəxsə satıb.
Ümumiyyətlə, belə hallar MN-nin Mİİ-də kifayət qədərdir.
Məsələn, 9 A saylı binada Elmarın və Ömərin 2 mənzili var.
Yaxud Dövlət Sərhəd Xidmətindən 157 E maddəsilə qovulan Ramin adlı şəxsin hərbçilərin binasında 2 mənzili var.
Elə hərbçi ailələri də var ki, illərlə mənzil gözləyir, ancaq rüşvət vermədiyi üçün mənzil ala bilmir. Narazı olan hərbçilər rəhbərliyə, Hərbi Prokurorluğa müraciət etsələr də Nüsrəddin barədə tədbir görən olmur.
Hətta deyirlər ki, Nüsrəddin yuxarıda qeyd etdiyimiz Nizam Osmanova arxayın olduğu üçün heç kimdən çəkinmir.
Bəli, Nüsrəddin hərbiçilər üçün tikilmiş binalardakı 1 otaqlı mənzili 4 minə, 2 otaqlı mənzili isə 7 minə satır.
Əslində Nüsrəddin bu işlərin icraçısıdır. O, Elmarın tapşırıqlarını yerinə yetirir və yığılan pulları ona çatdırır. Elmar isə KEU-nun rəisidir.
Elmar isə yığdığı pulların haqq-hesabını 3 mkr bazarının yaxınlığındakı Nizam Osmanova məxsus kafedə sahibinə çatdırır.
Yeri gəlmişkən, həmin kafe Nizam Osmanova məxsusdur.
Bütün bu narazılıqlar, şikayətlər barəsində dəfələrlə Hərbi prokuror Xanlar Vəliyevə müraciət olunub. Görəsən, cənab Vəliyev hara baxır ?
Yazıda adları çəkilən bütün tərəflərin münasibətini dərc etməyə hazırıq.
P.S. Nizam Osmanova məxsus kafedə MAXE xanımlarla aparılan söhbətlər isə növbəti yazının mövzusudur. //gundelik-baku.com//

Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi