İntiqam Babayevin korrupsiya sistemi İFŞA EDİLDİ - 5 manatlıq şirkətlər 400 minlik layihələri udub
Sosial
Oxunub: 239
14 okt 2021 | 17:43
İntiqam Babayevin korrupsiya sistemi İFŞA EDİLDİ - 5 manatlıq şirkətlər 400 minlik layihələri udub


Videoblogger Mehman Hüseynov Gənclər və İdman Nazirliyi tərəfindən yaradılan korrupsiya sxemləri vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin necə mənimsənilməsinə dair jurnalist araşdırması aparıb. Araşdırma zamanı bəlli olub ki, korrupsiya əməllərini törətmək üçün başqa şəxslərin adına açılan qurama şirkətlərdən istifadə edilib. Bir çox hallarda isə şirkətlərin formal sahibləri nə həmin şirkətlərdən, nə də onların fəaliyyətindən xəbərdar olub.

"Haqqın.az” bloggerin araşdırması ilə bağlı məqalə dərc edib. Sfera.az-a istinadən həmin məqaləni təqdim edirik:

Mehman Hüseynov xatırladır ki, 2018-ci ildə Gənclər və İdman Nazirliyi Qəbələ rayonunda ənənəvi keçirilən "Tarixin Canlı Səhifələri" adlı festival təşkil edib. Tarixi səhnələrin canlandırılması ilə müşayiət olunan genişmiqyaslı tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə təsadüf edib. Rəsmi sənədlərdə tədbirin təşkilatçısı kimi 25 yaşlı Tərxan Əhmədzadə göstərilir. Festivalın keçirilməsi üçün nazirlik həmin şəxsə 400 min manat büdcə ayırıb.

Blogger festivalın təşkilatçısı ilə Əmircany kəndində görüşüb və onunla söhbət edib. Söhbət zamanı məlum olub ki, Tərxan Əhmədzadənin nə Qəbələ rayonunda keçirilən festivaldan, nə də əsərinə görə alınan böyük məbləğ barədə məlumatı var.

Əhmədzadə söhbət zamanı deyib:

"Mən aldadılmışam. Onlar pula ehtiyacı olan gəncləri tapır, 50-100 manat ödəməklə adlarına firmalar təsis edir, sonra həmin firmalar vasitəsilə öz işlərini görürlər. Mənim adıma hansı şirkətlərin qeydiyyatdan keçdiyini və ümumiyyətlə nə etdiklərini bilmirəm!"

Araşdırma zamanı "Tarixin Canlı Səhifələri" festivalı üçün 200 min manatın "Degree Group” şirkətinə köçürüldüyü üzə çıxıb. Nizamnamə kapitalı 5 (!!) manat olan bu şirkət Qəbələdəki festivaldan bir neçə ay əvvəl Tərxan Əhmədzadənin adına qeydiyyatdan keçirilib və bundan sonra Gənclər və İdman Nazirliyi tərəfindən rəsmən elan edilən bir tenderdə iştirak edib. Məlum olur ki, Tərxan Əhmədzadə ayrılan pulu da, "Degree Group” şirkətinin əsl direktorunu da
görməyib. "Degree Group”un rəhbəri eyni zamanda "Vegas”, "Talent”, "Chima-TT” və "Sandoz” şirkətlərinə də sahibdir. Bu şirkətlərin vergi borclarının məbləği 20 min manata çatır və ödəniş bildirişləri Tərxanın ünvanına göndərilir.

Bloggerinin verdiyi məlumatlara görə, "Talent” şirkəti mobil oxu zalı (içərisində kiçik kitabxanası olan, respublikanın bölgələrini gəzən yük maşını) layihəsini həyata keçirib. Bu layihə üçün 45 min manat vəsait rəsmi sahibin hesabına köçürülüb. "Sandoz” şirkəti isə Mədəniyyət və İdman Nazirliyinin dəftərxana ləvazimatlarının tədarükü üzrə tenderin qalibi olub və bunun üçün 35 min manat alıb.

Mehman Hüseynov iddia edir ki, Gənclər və İdman Nazirliyində rəhbərlik dəyişikliyindən sonra da ənənəvi korrupsiya sxemlərindən imtina edilməyib, əksinə bu sxemdən fəal şəkildə istifadə edilib. O, bu iddiasına əsas kimi səkkizinci "Tarixin Canlı Səhifələri" festivalının təşkili üçün son tenderin keçirilməsini misal gətirib. Onun bildirdiyinə görə, "Little Cobra” və "Blekko” tenderin qalibi olub və onlara ümumilikdə 362 490 manat məbləğində vəsait köçürülüb. Adıçəkilən bu şirkətlər də əvvəlkilər kimi "oyuncaq şirkət”lər olub. "Little Cobra"nın rəsmi direktoru Rəsulzadə qəsəbəsində yaşayan 27 yaşlı Vaqif Hüseynzadədir. Bloggerin sözlərinə görə, qəsəbədə Hüseynzadə haqqında heç kimdə məlumat yoxdur.

"Blekko” şirkəti isə Şərifzadə küçəsi, bina 192, mənzil 64 ünvanında qeydiyyatdadır. Bu ünvan üzrə daha 12 şirkət qeydiyyata alınıb.
Həmin şirkətlər Orxan Rafiq oğlu Əhmədov, Yusif İdris oğlu Məhərrəmov, Kazım Mahir oğlu Şamiyev, Elnur Heydər oğlu Əliyev və Teymur Rafiq oğlu Ağakişiyevin adına rəsmiləşdirilib. Ancaq dərhal aydın oldu ki, 12 şirkətin "işlədiyi" bina bir müddət əvvəl pilot layihənin icrası ilə əlaqədar sökülmüş evdir.

Bloggerin "Blekko" şirkətinin direktoru, 32 yaşlı Elbrus Həsənov və ya onun həmkarı Teymur Ağasıyev haqqında məlumat toplamaq cəhdləri uğursuz olub.

Sonuncunun axtarışı Mehman Hüseynovu çoxlu şirkətlərin qeydiyyatdan keçdiyi Lökbatan qəsəbəsindəki başqa bir mənzilə gətirib. Mənzil sahibi yaşadığı ünvanda qeydiyyatdan keçmiş şirkətlər haqqında heç bir şey bilmədiyini söyləyərək qeyd edib ki, qaranlıq hekayəyə qardaşı Novruz Rəhimov qarışa bilər.

Nəhayət, Mehman Hüseynov, Lökbatanda qeydiyyatdan keçmiş "Brilliant-az” şirkəti ilə birbaşa əlaqəli daha bir maraqlı fakt ortaya çıxarıb. Sənədlərə görə, bu şirkət dövlətə 8 766 manat borcludur. Lakin "Brilliant-az” şirkətinin direktoru Mübariz Nəzərov heroin qaçaqmalçılığı və ticarəti ilə bağlı hazırda` həbsdə olduğu üçün vergi idarəsinin bu məbləği xəzinəyə qaytarması ehtimalı azdır.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb