Bakı gömrüyünün rəisi ilə bağlı Prezidentə və Birinci xanıma ŞİKAYƏT
Sosial
Oxunub: 623
18 okt 2021 | 18:50
Bakı gömrüyünün rəisi ilə bağlı Prezidentə və Birinci xanıma ŞİKAYƏT


“Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Demokrat.az xəbər verir ki, R.Aslanov müraciətində Bakı Baş Gömrük İdarəsinin rəisinin və bəzi əməkdaşlarının iş adamlarının fəaliyyətinə maneələr yaratdığını qeyd edib.

Müraciətdə bildirilir:

Hörmətli cənab Prezident,

İcazə verin, ilk növbədə Sizi qarşıdan gələn 8 Noyabr Qələbə günü münasibəti ilə təbrik edim. 44 gün davam etmiş Vətən müharibəsində möhtəşəm qələbənin əldə edilməsində Müzəffər Ali Baş Komandan kimi Sizin nümayiş etdirdiyiniz misilsiz əzmkarlıq, diplomatik bilik və bacarıq, göstərdiyiniz iradə, cəsarət, dözüm və soyuqqanlılıq qarşısında öz hörmət və ehtiramımı bildirirəm. Həmçinin, uzun illərdən bəri səbirsizliklə gözlədiyimiz bu möhtəşəm qələbənin əldə edilməsində Azərbaycanımızın igid övladlarına, qalib ordumuzun qəhrəman əsgər və zabitlərinə möhkəm can sağlığı, uzun ömür, daima ruh yüksəkliyi, döyüş əzmi, qazilərimizə tez bir zamanda sağalaraq normal həyata dönməyi arzulayıram. Vətən torpaqlarının azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin qarşısında baş əyir, onları böyüdüb boya-başa çatdırmış valideynlərinin əllərindən öpürəm.

Hörmətli cənab Prezident,

II Qarabağ müharibəsində əldə edilmiş qələbə və Qarabağımızın mənfur düşmənlərdən azad edilməsi biz iş adamlarını dövlətimiz və xalqımız üçün daha çox xeyirli işlər görməyə sövq edir. Çox təəssüflər olsun ki, ölkəmiz üçün həddindən artıq həssas bir dönəmdə müəyyən dövlət qurumlarında çalışan, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək biz sahibkarların işinə maneə törədən şəxslər var.

Hörmətli cənab Prezident,

Mən bundan əvvəl də Sizə məktubla müraciət etmiş və ölkəmizin gömrük orqanlarında baş verən qanunsuzluqlar barədə yazmışdım. Həmin məktublardan sonra gömrük orqanları tərəfindən rəhbəri olduğum “Lion Centre” MMC-yə qarşı müəyyən mənada yumşalma hiss olundu. Bir müddət sonra isə yenə də şirkətimə qarşı bəzi problemlərin yaradılmasına başlanıldı.

Belə ki, Çin Xalq Respublikasından “Lion Centre” MMC-yə idxal olmuş mallar Bakı Baş Gömrük İdarəsində 01211000341373 saylı gömrük bəyannaməsi üzrə rəsmiləşdirilməsinə süni maneələr yaradıldı. 12.10.2021-ci ildən bu günədək həmin mallar Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və maliyyə şöbəsinin əməkdaşları tərəfindən buraxılmır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəisinin və maliyyə şöbəsinin əməkdaşı Etibar Talıblının bu qanunsuz əməlləri nəticəsində mən xeyli miqdarda maddi ziyana uğramışam və bu zərər artmaqda davam edir. Əməkdaşlıq etdiyim xarici şirkətlər qarşısında öhdəliklərimin yerinə yetirilməməsi səbəbi ilə maddi ziyana uğramağımla yanaşı, işgüzar nüfuzuma da böyük zərbə endirilir. Son iki gündə həm yazılı, həm də şifahi olaraq Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova müraciət edərək, “Lion Center” MMC-yə aid olan malların hansı səbəblə gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməməsi ilə maraqlanmışam, lakin hələ də rəsmi bir cavab yoxdur. Telefon əlaqəsi yaratmaq istədikdə isə hər dəfə qeyri-müəyyən cavablar almışam, problemin həlli istiqamətində heç bir əməli addım atılmadığı məlum olub.

01211000341373 saylı gömrük bəyannaməsi üzrə rəsmiləşdirilməyə daxil olduqdan sonra bəyannamə geri qaytarılıb və qanuna zidd olan cavab verilib. Rəsmiləşdirilməyə etiraz edilməsi səbəbi kimi sistemdə “gömrük dəyərinin müəyyən edilməsi üsulunun düzgün göstərilməməsi” qeyd edilmişdir, bu, ölkə qanunvericiliyinin tələblərinə tamamilə ziddir.

Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədən qəbul edilmiş ümumi prinsiplərə əsasən tətbiq olunur. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydası Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir.

Lakin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və onun tabeliyində olan maliyyə inspektoru Etibar Talıblı, sanki, qanunun 12.1 maddəsini və 7-ci hesablama üsulu kəşf ediblər, konteyner üsulu ilə malların hesablanmasını dəyərləndirirlər. Etibar Talıblı mənimlə telefon danışığı zamanı bildirmişdir ki, dəyərləndirmə qaydası bir 40 futluq konteynerə və çəkisi 10 tona qədər olan elektrik işıqlandırıcıya görə 26000 manat, 8 tona qədər isə 24000 manat dəyərləndirilib. Hər növbəti tonnaja görə isə 500 manat əlavə olunmasını tələb edilmişdir. Bu hesablama qaydasını isə Etibar Talıblı Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinin təlimatı olduğunu bildirmişdir. Eyni zamanda, bu təlimata uyğun mənim də hərəkət etməyə məcbur olduğumu qeyd etmişdir.

Mən təcrübəli bir iş adamı kimi Gömrük Məcəlləsini dəfələrlə oxumağıma baxmayaraq, belə gömrük dəyərinin hesablama qaydasına rast gəlməmişəm. Etibar Talıblıyla 3 gündür ki, bu hesablama qaydasının qanunsuz olduğu barədə arqumentlərimi gətirirəm, sübutlarımı təqdim edirəm. O mənə buna qarşılıq olaraq dəyərin müəyyən edilməsi üsulunun düzgün göstərilmədiyini bildirir. Mən ondan bu sözlərin səbəbinin izahını istədikdə, o mənə “Get hara şikayət edə bilirsən et” dedi. Bu da bizim dövlət məmurları, bu da sahibkarlara olan dəstək.

Belə ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov mənim rəsmi məktublarıma cavab verməkdən boyun qaçırması onu göstərir ki, ona daha maraqlı olan karqo şirkətlərinin mallarıdır. Çox maraqlıdır ki, tonlarla mallar hansı qapılardan keçərək gəlir. Çünki mənim bir adda bir konteyner olan, çəkisi 8 ton 276 olan malım neçə gündür gömrüyün həyətindədir və rəsmiləşdirilmir. Lakin Kənan Məmmədovun himayə etdiyi hər bir şirkətin hər gün 25-30 konteyneri və hər birinin içərisində 80 adda malı olan və hər bir konteynerin 24-26 ton çəkisi təşkil edən malları Bakı Baş Gömrük İdarəsinin maliyyə şöbəsində rəsmiləşdirilərək buraxılması 10 dəqiqə ərzində həll olunur. Düşünürəm ki, onlar da Kənan Məmmədovun və onun yaratdığı süni maneələr təşkil edən dəstəsinin himayəsində olmasalar, onların hər bir malı, hər bir konteyneri 3 aydan tez oradan çıxmaz. Keçən məktublarımda bildirdiyim kimi, bir daha sübutalarla bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin Rəisi Kənan Məmmədovun himayəsində olan şirkətlər “Bir pəncərə” sistemindən çox gözəl faydalanırlar, amma biz sadə sahibkarlar Bakı Baş Gömrük İdarəsinin süni yaratdığı “21 pəncərə” prinsipi sistemindən keçmək istəsək də, yenə də keçə bilmirik.

Belə ki. mənim kimi sadə iş adamları hər gün malları gələrkən cüzi, mexaniki səhvlərə görə aylarla tətqiqat və istintaq şöbələrində süründürməçiliyə məruz qalırlar. Bu da biz iş adamlarına maddi, mənəvi və psixoloji təzyiqlərin edilməsi deməkdir. Buradan belə görsənir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi cənab Kənan Məmmədov yeni iş adamlarının incidilməsi mexanizmini yaradıb. Bu da öz növbəsində onun özünə ortaq etdiyi şirkətlərə daha da böyük və geniş imkanlar yaradır. Bunun başqa adı yoxdur.

Son zamanlar Sizin tapşırığınıza əsasən respublikamızın gömrük orqanlarında şəffaflığın, qanunun aliliyinin təmin edilməsi, gömrük orqanlarında korrupsiya əməllərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər öz bəhrəsini verməklə yanaşı, aparılan təmizləmə işlərinin hələ bir müddət davam etməsi zərurətini yaradır. Görünür respublikamızın gömrük orqanlarında çalışan bəzi məmurlar hələ də öz işlərinə biganə yanaşır və üzərilərinə düşən vəzifələri vicdanla yerinə yetirməkdən boyun qaçırırlar. Ölkəmizin iqtisadiyyatının inkişafı ölkədə iş adamları üçün yaradılan münbit şəraitdən asılıdır. Təəssüflər olsun ki, Sizin dövlətimiz, xalqımız, millətimiz üçün göstərdiyiniz fədakarlığın nəticəsində əldə olunmuş nailiyyətlərə bəzi dövlət məmurları öz qanunsuz əməlləri ilə kölgə salmağa çalışırlar. Əminəm ki, həmin məmurlar öz istəklərinə nail ola bilməyəcəklər. Çünki biz iş adamları yalnız Sizə güvənirik.

Yuxarıda göstərilənlərdən irəli gələrək, Çin Xalq Respublikasından sahibi olduğum “Lion Centre” MMC-yə idxal olunmuş 01211000341373 saylı gömrük bəyannaməsi üzrə 12.10.2021 tarixindən etibarən Bakı Baş Gömrük İdarəsində qeyri-müəyyən səbəblərdən saxlanılan və rəsmiləşdirilməsinə maneə törədən şəxslərin qarşısının alınması, eyni zamanda 01211000341373 saylı gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanlarının rəhbərlərinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib