Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir - Orada prorektorlar hökmranlıq edir
Sosial
Oxunub: 264
15 yan 2022 | 22:22
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir - Orada prorektorlar hökmranlıq edir


Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adları yazılaraq divara yapışdırılmışdı.
ADMİU rəhbərliyinin tələbələrə qarşı bu cür qeyri-etik davranışı sosial şəbəkələrdə rezonans yaratmış,ölkə saytları bu barədə məlumat vermişdi.İstifadəçilər məsələni bu formada yaymaqla, rəhbərliyin tələbələri universitetdə alçaltdığını bildirirdi.Tələbələrdən də bu məsələdə universitet rəhbərliyini qınayanlar çoxluq təşkil edirdi.Bu günün özündə də tələbələrdən üzürxahlıq gözləntisi var.

Son illər təhsil müəssisələrində xoşagəlməz və utancverici hadisələrin kütləvi hal alması heç kəsə sirr deyil. Bu baxımdan orta məktəblərdə baş verənlər daha çox tənqid hədəfi olsa da, əksər universitet və kolleclərdəki vəziyyətin də ürəkaçan olmadığını deyə bilərik. Teref.az xəbər verir ki, faktinfo.az saytının əldə etdiyi məlumata görə, ümumi ab-havanın acınacaqlı durumda olduğu ali məktəblərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.Təhsil ocağından sayta verilən məlumata görə, burada qabiliyyət imtahanlarına pulun yığılması,dərsə davamiyyətin son dərəcə zəif olması, bəzi tələbələrin etikadan kənar davranışlarının ört-basdır edilməsi,bəzi qızların son dərəcə açıq-saçıq geyimdə olmaları və nümayişkəranə şəkildə siqaret çəkmələrinə qarşı aparılmayan təlim-tərbiyyə işi və s. artıq adi hala çevrilib.Bu kimi hallara qarşı mübarizə aparılmalı halda təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adlarının yazılaraq divara yapışdırılması həqiqətən utancvericidir.Belə aydın olur ki,bunlara kadr hazırlığı deyil,pul lazımdı.

Belə çıxır ki, burada təlim-tərbiyə ilə bağlı heç bir məqsədyönlü iş aparılmır.Hətta deyilənə görə, universitetdə bu sahəyə cavabdeh olan məsul şəxsləri belə məsələlər maraqlandırmır.Belə olan təqdirdə isə bir-birini əvəz edən rektorların təkbaşına nəyəsə nail olması çətin məsələdir. Çünki, orada prorektorlar hökmranlıq edir. Məsələn, ADMİU-nun Tədris İşləri üzrə prorektoru Validə Məmmədova ilə müəllimlər arasında insidentin yaşanması mətbuatdan ictimaiətə məlumdur.Bir müddət əvvəl,Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanan müraciətdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Novruzova hesab edirdi ki, prorektor Validə Məmmədova müəllimlərə təzyiq edir, dekanlarla kobud davranır. Bu səbəbdən müxtəlif zamanlarda universitetdə münaqişələr yaranır.

Qeyd edək ki, Validə Məmmədovanın mənəm-mənəmliyi nəticəsində Qarabağ müharibəsi veteranı Məhiyyəddin Seyidov da universitetdən qovulub.Təzyiqə dözə bilməyən Qarabağ veteranı magistratura təhsilini başa vura bilməyib. O, Mədəniyyət və İncəsənət Universitetində baş verənlərdən təngə gəlib,buna etirazını bildirdikdə isə universitetdən qovulub.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO