Tender "oyuncuları"-nın yeni oyunu - Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur
Sosial
Oxunub: 453
29 apr 2022 | 22:50
Tender "oyuncuları"-nın yeni oyunu - Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Teref.az yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin görülməsi məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Agro Best” QSC (VÖEN - 1405235391) və “Az Nest” QSC (VÖEN – 1005400781) konsorsiumu olub.
Məşğulluq Agentliyi qeyd olunan mallarının alınması üçün qalib şirkətlərə 65 milyon 987 min 525 manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Az Nest” QSC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev, ev 64, məhəllə 987” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ramazanov Elvin Zakir oğludur.
“Az Nest” QSC daha əvvəl – 2019-cu ildə Dövlət Məşğulluq Agentliyinə (Xidmət) 58 min 364 manat 23 qəpik, 2020-ci ildə isə 14 milyon 505 min 272 manat dəyərində avadanlıq satıb.
Digər qalib şirkət - “Agro Best” QSC isə 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamal oğludur.
Məlumat üçün bildirək ki, “Agro Best” QSC ötən il “Az Nest” QSC ilə eyni gündə (28.06.2018) dövlət qeydiyyatına alınan “Aqri Kon” QSC (VÖEN - 1404267161) adlı şirktlə birgə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin də qalibi olub.
Məşğulluq Xidməti kənd təsərrüfatı mallarının alınması üçün qalib şirkətlərə 40 milyon 399 min 280 manat vəsait ödəyib.
“Aqri Kon” QSC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, Salatın Əsgərova, ev 121, m. 1” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur.
Qeyd edək ki, “Aqri Kon” MMC Dövlət Məşğulluq Xidmətinin keçirdiyi analoji tenderlərdə dəfələrlə qalib olub və böyük məbləğdə vəsaitlər alıb. “Aqri Kon” MMC 2020-ci ildə Məşğulluq Xidmətindən 39 milyon 415 min 200 manat pul alıb.
Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən cəmi bir il sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Aqri Kon” QSC, “Az Nest” QSC və “Agro Best” QSC-nin veb-saytları belə yoxdur. Milyonlarla manat dəyərində tender udan “Aqri Kon” QSC ilə eyni adda olan “Facebook” sosial şəbəkəsindəki hesabın cəmi 5 “bəyənisi”, “Az Nest” QSC –nin isə 0 “bəyənisi” var. Hər iki səhifədə heç bir məlumat paylaşılmayıb.

Tender "oyuncuları"-nın yeni oyunu - Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur


“Agro Best” QSC-nin isə ümumiyyətlə sosial şəbəkə hesabı yoxdur. Son 3 ildə Dövlət Məşğulluq Xidmətindən 200 milyon manatlıq tender udan bu şirkətlərin başqa hansı fəaliyyətinin olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.

Tender "oyuncuları"-nın yeni oyunu - Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib