Mədəniyyət Nazirliyinin yarım milyonluq “Qarınqulu”su – Animasiya qalmaqalının arxasında kim dayanır?
Sosial
Oxunub: 215
13 may 2022 | 21:18
Mədəniyyət Nazirliyinin yarım milyonluq “Qarınqulu”su – Animasiya qalmaqalının arxasında kim dayanır?


Mədəniyyət Nazirliyinin “Qarınqulu” adlı animasiya layihəsi qalmaqala səbəb olub. Reportyor.info xəbər verir ki, Azərbaycanda ilk animasiya serialı olan “Balta”nın prodüsseri Nicat Manafov layihənin korrupsiya mənbəyi olduğunu deyir. Onun sözlərinə görə, “Qarınqulu”nun maliyyə dəyəri yarım milyona yaxındır. Amma maraqlıdır ki, animasiyanın çəkilişi ilə bağlı tender elan edilməyib. Nazirlik layihənin icrasına bu sahədə ixtisaslaşmış şirkətləri cəlb etməkdənsə, animasiyanın çəkilişini “Salnafilm” studiyasına həvalə edib. “Salnaməfilm” Mədəniyyət Nazirliyinin tabeliyindədir. Studiya sənədli filmlər üzrə ixtisaslaşıb.
“Qarınqulu”nun heç bir tender keçirilmədən “Salnaməfilm”ə verilməsi layihənin korrupsiya mənbəyinə çevrilməsinə dair şübhələrə səbəb olub.
Bir həftədən artıqdır ki, bu mövzu sosial şəbəkələrdə müzakirə olunur. Nicat Manafov məsələ barədə çoxsaylı paylaşımlar edib. Lakin Mədəniyyət Naziriyi müəmmalı şəkildə susur.

“Salnaməfilm” studiyası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu baxımdan, iddia edilə bilər ki, tenderə ehtiyac yoxdur. Məsələ burasındadır ki, “Salnaməfilm” studiyası animasiya çəkilişləri üzrə ixtisaslaşmayıb. Belə olsaydı, o zaman “Qarınqulu” animasiyasının çəkilişlərinə başqalarını cəlb etməzdilər”, – deyə Nicat Manafov bildirib.
Maraqlıdır ki, ilkin mərəhələdə layihə “AzanFilm” studiyasına verilib. Lakin sonradan “AzanFilm” layihədən imtina edib.
Bəzi iddialara görə, layihənin kuratoru Mədəniyyət Nazirliyinin kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Nicat Manafov da onda belə bir məlumatın olduğunu deyir. Lakin Rüfət Həsənov da hələ ki susur.
Nicat Manafovun fikrincə, layihənin tendersiz keçirilməsi büdcədən ayrılan vəsaitin qaranlıq məqsədlərə xərclənəcəyi barədə şübhələrə əsas verir: “Fikrimcə, büdcə dəfələrlə şişirdilib. Bu baxımdan da rəqabətə imkan verməyiblər. Ölkə üçün əhəmiyyətli bir layihənin başdansovdu icrası, “Qarınqulu”nun korrupsiya mənbəyinə çevrilməsi cəhdi yolverilməzdir. Hesab edirəm ki, layihə ilə bağlı tender elan edilməli və animasiya çəkilişləri üzrə ixtisaslaşan şirkətlərin satınalma müsabiqəsində iştirakı təmin olunmalıdır. Təəssüf ki, cənab Prezidentin çıxışlarında ictimai nəzarətin vacibliyini qeyd etməsinə baxmayaraq, bu layihə gizli formada icra olunur”.
Reportyor.info
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi