Kərəm Həsənovla bağlı ARAŞDIRMA TƏLƏB OLUNUR - Bu vəzifə hara, bu iddia hara...
Sosial
Oxunub: 263
13 may 2022 | 19:49
Kərəm Həsənovla bağlı ARAŞDIRMA TƏLƏB OLUNUR - Bu vəzifə hara, bu iddia hara...


Bu günlərdə Xural.tv rəhbəri Əvəz Zeynallının Azad Söz kanalında açıqladığı dəhşətli fakt bu mövzunu gündəmə gətirib və böyük müzakirələrə səbəb olub. Ə. Zeynallının sözlərinə görə “lotu Quli” adı ilə tanınan mərhum kriminal avtoritet Nadir Səlifovu hələ həbsdə olduğu dövrdən tanıyır və o zaman münasibətləri yaranıb. Ə. Zeynallı bildirib ki, “lotu Quli” ona bir məqalənin silinməsini xahiş edib. Jurnalist də cavabında deyib ki, kriminal avtoritet insana bir dəfə zəng edər və təbii ki, Ə. Zeynallı bu müraciəti hörmət-xətirlə qarşılayıb. Məlum olub ki, N.Səlifov ondan hazırda Prezidentin köməkçisi Kərəm Həsənovla bağlı gedən məqalə haqda xahiş edib. Ə. Zeynallı bunun səbəbini soruşanda “lotu Quli” deyib ki, Kərəm Həsənovla dostluq münasibətləri var. Jurnalistin bu çıxışı sosial mediada partlayış yaradıb. Təsəvvür edin ki, Prezidentin köməkçisi Kərəm Həsənov barəsində gedən yazıya görə nə Administrasiyanın ictimai – siyasi şöbəsinə, nə Mətbuat Şurasına demir, birbaşa kriminal avtoritetdən məsələnin həllini xahiş edir. Qəribədir, K. Həsənov dövlət rəhbərinin köməkçisi olduğu halda nə üçün özü haqda yazını “lotu Quli” vasitəsi ilə sildirmək istəyib? Prezidentin köməkçisinin “vor zakon” aləmi ilə nə kimi əlaqəsi var?

DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırmalarda daha maraqlı faktlar üzə çıxıb. Məlum olduğu kimi kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb. Hadisə “Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə baş verib. Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

Yerli mediaya istinadən cumhuriyyet.az bildirir ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

“Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı da ölkə mediasında maraqlı informasiyalar yayılıb . Həmin məlumatda bildirilir ki, bu şəxs DetAl Holdinqin baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir. Bundan əlavə, Ə.Zeynallı qeyd edib ki, K. Həsənova aid “Alva Donna” otelinə azərbaycanlılar buraxılmır. Səbəbi bilinməsə də, çox təhqiramiz münasibətdir. Öz həmvətənlərini Türkiyədəki otelinə buraxmayan bir məmur elə yalnız kriminal aləmlə əlaqə qura bilər.
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq