Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi- yoxsa dələduzlar məskəni
Sosial
Oxunub: 301
18 may 2022 | 22:22
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi- yoxsa dələduzlar məskəni


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Əslində bu nazirliyin adını dəyişmək lazımdır, çünki Sahil Babayev nazir təyin ediləndən nəinki insanların sosial müadafiəsi qorunur əksinə təqaüdü və sosail müavinəti kəsilir, pensiya yaşı günü-gündən artırılır. Bu nazirliyin əməkdaşları da dələduzluqla məşğuldurlar.
Teref.az xəbər verir ki, “Aktualxeber.az”-a müraciət edən Quliyev Xəyal adlı oxucumuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Səbuhi Əliyevdən şikayıtçi olduğunu bildirib. Belə ki, Səbuhi Əliyev 100 minlik maşın alanda X.Quliyevdən 40 min manat borc alıb. Və bu pulu xırda-xırda qaytarmaqla onun dəyərinin düşməsinə səbəbkar olub. Digər tərəfdən, qalan borcu da dediyinə görə, nazir Sahil Babayevin köməkliyi ilə hansısa Notariat Kontoruna rəis keçəndən sonra qaytaracaq.
Mikrofon görən kimi qaçıb guya rəhbərlik etdiyi nazirliyin insanlardan rüşvət alan işçilərini işdən qovmasıl ilə ağzı köpüklənə-köpüklənə danışan Sahil Babayev elə qulağılnın dibindəcə, yəni nazirliyin binasında 3-cü mərtəbədə oturan Səbuhi Əliyevin nə oyunlardan çıxmasında həqiqətənmi xəbəri yoxdur? Məgər ona şöbə müdirinin 100 minlik maşınla işə gəlib getməsini xəbər verməyiblər? Yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin 100 minlik avtomobildə gəzməsi Sahil Babayev üçün adi haldır.
Belə olur ki, onun rəhbərlik etdiyi qurumdakı korrupsiya faktları barədə məlumatları tez-tez mətbuatdan oxuyuruq.
Ümumiyyətlə, bu nazirliyin reklam üçün sadəcə adı var. İndiyədək bu nazirliyə rəhbərlik edənlər həmişə öz pis əməlləri ilə yadda qalıblar, sanki bu nazirliyə Dərviş Məstəli Şah bəd dua edib.
Vaxtilə bu nazirliyin başında Əli Nağıyev dayanırdı.
O da Qarabağ qazilərinin işsizlik problemi ilə bağlı sual veriləndə “Sumqayıtda 10 dənə çəkməçi, ayyaqabı təmizləyən budka açmışıq gedib orada işləsinlər” deməyi ilə yadda qaldı…
Bəli, Sahil Babayevin sələfi olan nazir üçün Qarabağ qazisi çəkməçi budkasında işləməli idi…
Bu gün həmin ənənəni Sahil Babayev davam etdirir.
Sahil Babayev nazir olandan bəri insanların son ümid yeri olan müavinətlərini, təqaüdlərini kəsir, onları çörək pulundan da məhrum edir.
Sahil Babayev məşğulluq adı altında dövlətin ayırdığı milyonları silir, mənimsəyir və vətən uğrunda canından keçən Qarabağ qazisinə 3 xəstə inək verir…Ki, ailəsini dolandırsın.
Bəli, sosial müdafiə naziri və 3 xəstə inək.
Təsəvvür edirsiniz, qazi , iki dəfə belindən əməliyyat olunub və ona dövlətdən dəstək verilməyib. Daha sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, sosial yardım istəyib, bu istəyi də ürəyində qalıb. Ancaq qazi Məşğulluq Mərkəzinə yönləndirilib. Burada özünüməşğulluq proqramına əsasən Qarabağ qazisinə dəyəri 4 min manat olan üç baş xəstə heyvan verilib, akta qol çəkdirilib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb.
4 min manata 3 xəstə inək….
Qazi deyir ki, 3 xəstə inəyin əvəzinə 1 sağlam inək versəydilər, bundan yaxşı idi…
Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli də Sahil Babayevə dəstək olur, xəstə inəklərə “sağlamlıq pasportu” verir.
Belə olan surətdə Sahi Babayevin şöbə müdiri təbii ki, 100 minlik maşında gəzəcək.

Sözün qısası, Sahil Babayev imkansız əhalinin deyil, özünün, ailəsinin və nazriliyiə doldurduğu Səbuhi Əliyev kimi dələduzların sosial müdafiəsi naziridir.

Bir müddət əvvəl siyasi fəal Bəxtiyar Hacıyevin Sahil Babayevin korrupsiya əməllərinin ifşası onun yadından çıxsa da, bizim yadımızdadır.
B.Hacıyevin nazirin bir fəhlənin adına açdığı şirkət vasitəsilə Dünya Bankından alınan pullar haqqında yazdığı qeydlərdə deyilir:

“Sahil Babayev nazir təyin olunandan 2 ay sonra öz kabinetini təmir edən fəhlənin adına açdığı deyilən “Aznest” və “Aqrikon” şirkətləri Dünya Bankından götürülmüş 100 milyon dollarlıq kredit hesabına keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 17 milyon dollar, dövlət büdcəsindən isə on milyonlarla dollarlıq tenderlər udub.”

Ona görə də, Sahil Babayev hər gün efirdə guya büdcəyə 100 milyon manat pulun qaytarılması ilə fəxrlə danışmasın. O bu pulu insanların halal pensiyasını kəsməklə, onları bu təqaüdü almaq üçün illərlə süründürülməçiliyə məruz qoymaqla büdcəyə qaytarıb. Getsin, Səbuhi Əliyev kimi öz dələduz işçilərinin 100 minlik maşını necə almaları ilə maraqlansın!

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...