20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO
Sosial
Oxunub: 300
23 in 2022 | 13:31
20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO


Biz "DogruXeber.az" olaraq, hər gün təbiətə qəsdən vurulan ziyanlardan, sahibkarlar tərəfindən yerində obyekt inşa etdirmək üçün kəsilən ağaclardan danışırıq, rəsmi saytlar isə "qanunsuz ağac kəsən şəxslər cərimə olundu", "cəzalandırıldı" və sair kimi məlumatlar yayımlayırlar. Çox vaxt həmin xəbəri açıb oxuyanda görürsən ki, rayonlarda, kəndlərdə məsuliyyətə cəlb edilən "cinayətkarlar", kəsdikləri az qala samovar yandırmağa yarayacaq odunlara görə məsuliyyətə cəlb olunublar.

Yox, biz əsla o şəxslərə haqq qazandırmırıq. Kimliyindən asılı olmayaraq, qanunsuz əməl törədən hər kəs, qanun qarşısında cavab verməlidir.
Qanun, hamı üçün qanundur.

Amma, yox. Deyəsən, bu yalnız sözdə belədir. Reallığa gəldikdə isə, "kasıblar" demişkən, "Qanun kasıblar üçündür". İndi, yazacaqlarımızı diqqətlə oxuduqda, bu sözün nə qədər yerində deyildiyini və həqiqət olduğunu özünüz görəcəksiniz.

3-5 "çıl-çırpı" üçün şikayətçi olan cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) maraqlıdır, görəsən paytaxtın mərkəzi küçələrindəki yaşıllıq ağaclarının kəsilməsinə niyə bu qədər həssaslıqla yanaşmır?

Ucqar kəndlərdən xəbəri olan nazirlik, doğrudanmı şəhərin əsas küçələrində sahibkarlar tərəfindən kəsilib, yerində biznes məqsədli tikintilər aparılan yaşıllıq ağaclarından xəbərsizdir?

Halbuki, bir neçə fərqli ünvanlarda kəsilən ağaclar barəsində elə "DogruXeber.az" olaraq, şəxsən özümüz ETSN-ə həm rəsmi, həm telefon vasitəsilə məlumatlar vermişik ki, bunu izləyicilərimiz də yaxşı xatırlayır.

Məsələn, "20 yanvar" küçəsində - "Köhnə hamam" deyilən ərazidə kəsilən 20-dən çox yaşıllıq ağaclarının taleyi dəfələrlə məlumat verdiyimizə baxmayaraq, Ekologiya Nazirliyini zərrə qədər narahat etmədi.

Məhz buna görədir ki, bu gün həmin kəsilən ağacların yerində iaşə obyektləri inşa edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bir vaxtlar bizə ağac kəsiminin hansı hallarda həyata keçirilə biləcəyini, prosedur qaydalarını izah edirdi. Hansı ki, bunu biz özümüz də bilirik. Amma, bilmədiyimiz, daha doğrusu özlərindən eşitmək istədiyimiz, şəhərin mərkəzi küçələrində həyata keçirilən ağac kəsimlərinə kimin necə, icazə verməsi - yaxud onların bundan necə "xəbərsiz" olmasıdır.

Hamının xəbəri olan bu boyda "mərəkə"dən nazirliyin illa ki, xəbəri vardır.

Bəs niyə bunların qarşısının alınması üçün, tərəfinizdən lazımi tədbirlər görülmür, hörmətli Muxtar Babayev?

Bu qədər yayımlanan məlumatlar, edilən müraciətlərdən də mi məlumatsızsınız?
O zaman sizin işiniz nədir?

Vurğulamaq yerinə düşər ki, bir neçə dəfə bəzi məlumatlar barəsində ETSN-nə israrlı şəkildə, təkrar -təkrar müraciətimizdən sonra, rəsmi cavab verilib ki, "Araşdırma aparıldı. Fakt öz təsdiqini tapdı. Məsələdə cinayət tərkibi aşkar edildiyindən, baxılması üçün Baş Prokurorluğa göndərildi."

Vəssalam.

Daha, Baş Prokurorluğun apardığı araşdırmalar, gördüyü tədbirlər (əgər görübsə) və nəticə barəsində heç bir məlumat verilmir. Halbuki, Təbiətin qorunmasında birbaşa cavabdeh olan qurum - Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ hüquqi həllini tapana qədər nəzarətində saxlamalıdır.

Əgər sözügedən Nazirliyin hüquqşünası yoxdursa, biz hüquqi məsləhətlərimizlə də onlara dəstək olub, gərəkən prosedurların hansı formada aparılması qaydalarını izah edə bilərik. Məsələn, ETSN-nin diqqətinə çatdırırıq ki, faktlar təsdiqini tapdığı halda, hüquq-mühafizə orqanlarına məlumat verdikdən sonra məsələ və ərazi tərəfinizdən diqqətdə saxlanılmalı, aşkarlanan ekoloji cinayət əməli dayandırılmalı, məsələnin hüquqi həllini tapması və bunun qarşısının alınmasını müraciət etdiyi hüquq-mühafizə orqanlarından tələb etməlidir.

Siz isə qorumalı olduğunuz təbiətimizi, gözümüz baxa-baxa nələrəsə qurban verirsiniz.

Görünür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən ərazi üzrə müfəttişi Elman adlı şəxs də bu kimi halları "ört - basdır etmək sahəsində mükəmməl dərəcədə profesionallaşıb" ki, taa Tiblisi prospektindəki konstruksiyalarla inşa edilən - ağacların inkişafını məhdudlaşdıran restoranın inşasına başlanılanda da ETSN, eləcə də digər qurumlar qətiyyən müdaxilə etmədi, 20 yanvar küçəsindəki ağaclar kəsiləndə də.

Amma, deyəsən ETSN-in ərazi üzrə əməkdaşı, eləcə də nazirlik özü "20 yanvar" küçəsini "gözünə kəsdirib".

20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO


Belə ki, "DogruXeber.az" redaksiyasına məlumat daxil oldu ki, 20 yanvar küçəsində yenə də yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün ərazidəki yaşıllıq ağaclar məhv edilir. Məsələni dəqiqləşdirmək üçün, üz tutduq "20 yanvar" küçəsinə. Ünvana çatdıq və məlumatın həqiqət olduğunu gözümüzlə gördük. Məsələ barəsində hər hansı bir səlahiyyətli şəxslə görüşüb, gördüklərimizə aydınlıq gətirmək istədik. Bildirdilər ki, "Səlahiyyətli şəxs hazırda yoxdur. Birazdan gələcək".

20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO


Aradan bir qədər keçdikdən sonra zəng edib, səlahiyyətli şəxsin əraziyə gəldiyini və aydınlıq gətirmək üçün bizi yenidən oraya dəvət etdiyini dedilər. Təkrar, sözügedən ünvana yaxınlaşdıq. Özünün tikintiyə nəzarət edən səlahiyyətli şəxs kimi təqdim edən Sovetxan adlı şəxs bizimlə görüşüb, gördüklərimizi görməzdən gəlməmiz üçün rüşvət təklif etdi. Hətta, vurğuladı ki, "Gəlib -gedən çoxdur. Hamısını belə yola salırıq". Biz təbii ki, onun rüşvət təklifini birmənalı olaraq, rədd etdik və gördüklərimiz barəsində ETNƏ və digər aidiyyatı qurumlara məlumat verəcəyimizi bildirdik. Elə bu əsnada bizə bir şəxs yaxınlaşdı və çox özündən razı, təkəbbürlü danışmağa başladı. Kim olduğunu soruşduq, adının Elton olduğunu və aparılan tikintinin rəhbərlərindən biri olduğunu dedi.
"Heç kimə heç nə demirik. Araşdıran orqan var. Ekologiya bilər, biz bilərik deyib, "Range Rover " markalı avtomobilinə əyləşərək, ərazidən uzaqlaşdı.

Bu gün özündən razı Eltonlara bu cür danışmaq ixtiyarını verən, məhz sizsiniz, Muxtar Babayev.

O bu cür danışırsa, demək ki, işini "həll etdiyi"ndən tam arxayındır.

Bunun adı harınlamış iş adamlarına "insanların nəfəsini kəsmək ixtiyarını satmaq"dır.

Çəkiliş apararkən isə mühafizəçi olduğunu deyən mülki geyimli şəxs yaxınlaşıb, rəhbərindən aldığı cəsarətlə redaksiyamızın rəhbərinə qarşı güc tətbiq etdi və kobudluq göstərərək, çəkiliş aparmağımıza mane olmağa çalışdı.



Yeri gəlmişkən, biz dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, məsələ barəsində məlumat verdik. Eyni zamanda, Daxili İşlər Nazirliyinin "102 qaynar xətt" xidmətinə də zəng edib, məlumat verdik. Lakin, digər işlərimizlə əlaqədar, gözləyə bilmədiyimiz üçün, özümüz də oradan uzaqlaşdıq.

Bir qədər sonra ETSN -nin mətbuat xidmətindən zəng edib bildirdilər ki, artıq nazirlik əməkdaşları araşdırma aparılması üçün həmin ünvandadırlar. Həmçinin, bildirildi ki, Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları və tədqiqatçısı da məsələyə cəlb olunublar və hazırda hadisə yerindədirlər.

Onu da qeyd edək ki, hələ dərin araşdırma aparılarsa, orada çalışan şəxslərin əmək müqaviləsimin belə olmadığı da ortaya çıxacaq. Ən azından mülki geyimli şəxsin, özünü mühafizəçi kimi təqdim etməsi, belə qənaətə gəlməyimizə əsas verir.

Məsələ diqqətimizdədir. Sabah tərəfimizdən əraziyə təkrar baxış keçiriləcək, aidiyyatı qurumlarla əlaqə saxlanılıb, görülən tədbirlər barəsində ictimaiyyətə də məlumat veriləcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"