Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram
Sosial
Oxunub: 249
24 in 2022 | 10:51
Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram


Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında Zərifə Əliyeva adına Göz Klinikasında vətəndaşların incidilməsi, onlardan müayinə və digər prosedurlar üçün pul tələb olunması, eyni zamanda öz ailə üzvünü müayinə və əməliyyat üçün sözügedən xəstəxanaya aparan əməkdaşımızın da bütün bunlara şəxsən şahid olmasından danışmışdıq.

Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Bundan əlavə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yazdığımız məlumatlar və məlumatları təsdiq edən səs yazılarını da göndərmişdik.

20.06.2022-ci il tarixində sözügedən müəssisənin rəhbəri Səbinə Məcidova "DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov adına teleqram ünvanlayıb, apardığımız yaxınımızı yenidən müayinəyə dəvət edib.

Doğrusu, "toydan sonra nağara səsi" biraz qaranlıq qaldığı üçün, Zərifə Əliyeva adına Göz Klinikasının Baş həkimi Səbinə xanımla görüşüb, iki həftə sonra xəstəmizi yenidən müayinəyə dəvət etməkdə əsas məqsədinin nə olduğunu aydınlaşdırmaq istədik.

Müəssisəyə çatdıq, özümüzü təqdim edib, baş həkimlə görüşmək istədiyimizi bildirdik.
Telefonla danışdıqdan sonra cavab verdilər ki, "Baş həkim yoxdur. Xəstə hardadır, gətirin, aparaq həkimin yanına".

Dedik, - "Xəstəni gətirməmişik. Səbinə xanımın özü ilə görüşmək istəyirik. Yoxdursa, biz gedək".

- "Yox, gözləyin" deyib, təkrar Səbinə xanıma zəng etdilər və özü ilə görüşmək istədiyimizi xəbər verdilər. Dəstəyi asdıqdan sonra, 10-15 dəqiqə gözləməyimizi xahiş etdilər.

Elə bu əsnada, yaxınlıqda dayanıb bizi dinləyən bir vətəndaş yaxınlaşıb, soruşdu: - "Baş həkim gəlir?"

Biz: -"Bəli".

Vətəndaş: - "Təki siz deyən olsun, qardaşoğlu. Neftçaladan gəlmişəm. Sənədimə bir dənə möhürün vurulması üçün bir saatdan çoxdur baş həkimi gözləyirəm, deyirlər burda yoxdur."

Anladıq ki, sözügedən müəssisədə dəyişən bir şey yoxdur. "Fəaliyyət" öz əvvəlki axarıyla davam edir.

Əlqərəz...

Gözlədik...
Nəhayət, baş həkim Səbinə xanım öz iş otağına təşrif buyurdu.
Bizi qəbul etdi, görüşüb olanlardan sonra teleqram vurma məqsədini soruşduq.

Deyir, "Məqsəd - əməliyyat etmək. Gətirin xəstəni necə lazımdır müayinələrdən keçirək, əməliyyat edək. Tam təmənnasız.
Siz məndən yazmısınız, şəklimi də yazıya qoymusunuz. Amma, mən yenə də deyirəm, gətirin əməliyyat edək".

Təsəvvür edirsiniz?
Böyük bir tibb müəssisəsinin - Akademik Zərifə Əliyeva adına Göz Klinikasının rəhbəri onun rəhbərlik etdiyi müəssisədə şahidi olduğu özbaşınalıqlardan yazan jurnalistə deyir, - "Siz məndən yazmısınız, amma mən yenə də sizi qəbul edirəm, deyirəm gətirin xəstənizi təmənnasız əməliyyat edək ".

Deyəsən, Səbinə xanım vəzifəsini yanlış anlayıb, elə bilir vəzifəyə təyin etməklə, tibb müəssisəsini də ona bağışlayıblar. Yoxsa, görməli olduğu işi - özünün "ürəyiaçıqlığı" kimi bizə "sırımazdı".

Uzun sözün qısası, elə bu mövzuda danışdığımız yerdə, - "Nəysə, mən sizə deyirəm, gətirin xəstəni, təmənnasız əməliyyat edək " deyib, yerindən qalxan baş həkim Səbinə Məcidova xüsusi bir əda ilə otaqdan çıxdı ki, bu da onun öz mədəniyyəti ilə də sahib olduğu rəhbər vəzifəyə nə dərəcədə layiq olduğunun bariz nümunəsidir.
Müəssisə rəhbərinin media nümayəndələrinə, vətəndaşlara qarşı hörmətsizliyidir.

Öz şəxsi emosiyalarını və davranışlarını idarə edə bilməyən bir rəhbərin böyük bir tibb müəssisəsini necə idarə etməsi müəmmalı sual doğurur. Təbii ki, əgər buna "idarə etmək" demək olarsa...

Çünki, gördüyümüz, eşitdiyimiz, şahid olduğumuz qədərilə orada xəstələrdən pul tələb olunursa və baş həkim də özünün dediyinə görə bundan xəbərsizdirsə, bu O deməkdir ki, artıq həmin müəssisədə idarəetmə ümumiyyətlə yoxdur.

P.S: Qeyd edək ki, rəsmi müraciət və faktları göndərdiyimiz qurumlar qanunun müəyyən etdiyi müddət ərzində münasibət bildirmədikləri təqdirdə, həmin faktlar ictimaiyyətə təqdim ediləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb