Vergidən yayınan MTK-ların aylıq ÖDƏNİŞ KƏLƏYİ
Sosial
Oxunub: 234
25 in 2022 | 20:46
Vergidən yayınan MTK-ların aylıq ÖDƏNİŞ KƏLƏYİ


Bir müddət öncə çoxmənzilli binalarda yaşayan sakinlərin Mənzil Tikinti Korporativləri ilə bağlı bildirdikləri şikayətləri diqqətinizə çatdırmışdıq. Lakin sözügedən MTK-lar edilən etirazlara baxmayaraq, hələ də özbaşına, qanunsuz əməllərə davam edirlər.

Məlumdur ki, MTK-lar binanı tikib təhvil verdikdən sonra da idarəçiliyi əllərində saxlayır, bu azmış kimi istədikləri kimi də kommunal ödəniş haqqı müəyyən edirlər. Hətta bu ödənişləri tələb edilərkən dövlətin mənzil üzərində əsas sənədi sayılan reyestr çıxarışındakı məlumatlara deyil, öz müqavilələrindəki məlumatlara əsaslanırlar. Bu əsaslanma da onların vergidən yayınmalarına birbaşa vasitəçilik edir.

Bu halda vətəndaşlar şikayətlərini kimə bildirməlidirlər? DİA.AZ xəbər verir ki, əmlak üzrə ekspert Enur Fərzəliyev Bizim.Media-ya mövzu ilə bağlı münasibətini bildirib. Onun sözlərinə görə, sakinlər öncəliklə müqavilə bağlayaraq, onlara göstəriləcək xidməti qanuni şəkildə bilməlidirlər:

“Mənzilləri müqavilə ilə satdıqdan sonra çıxarışda qeyd olunan məlumatlarla aylıq alınan ödəniş üst-üstə düşmür. Çünki ödəniş əvvəlcədən imzalanan müqavilə ilə götürülür. Nümunə kimi göstərə bilərik ki, 100 kvadrat metr olan ev, çıxarış sənədində 90 və ya bundan da az ölçüdə göstərilir. Nəticədə ev sahibi əlavə pul ödəməyə məcbur buraxılır.

Ümumiyyətlə qiymətlər 20 qəpikdən başlayaraq 1 manat 50 qəpiyə qədər evin hər kvadrat metrinə görə dəyişə bilir. Qiymətin baha olması binanın həcminin kiçik olması ilə bağlı olur. Çünki bu tip evlərdə kommunal xərclər daha çox yığılır.

Başqa bir tərəfindən bəzi binalarda göstərilən xidmətlər böyük olur bu da ödənişə təsir göstərir. Lakin bu qanunsuzluğun qarşısının alınması üçün MTK və ya MMC vətəndaşlardan ödənişləri alması üçün müqavilə bağlamalıdır.

Müqavilə həmin idarəetmə şirkəti və ya komendantın imzası ilə olmalıdır. Həmçinin müqavilədə alınan məbləğə görə, hansı xidmətlər göstərilirsə, onlar öz təsdqini tapmalıdır. Əks təqdirdə, xidməti müqavilə yoxdursa, məhkəmə yolu ilə vətəndaş həmin ödənişləri etməyə bilər. Həmçinin bina sakinləri toplanaraq həmin idarəedən orqanı ləğv edə bilərlər”.

Ekspert həmçinin bildirir ki, haqsız qiymət artımının qarşısı alınması üçün sakinlər özləri müştərək cəmiyyətlərini yaratmalıdırlar:

“Qanunvericilikdə edilən dəyişiklikdən sonra binaların tikintisi bitdikdən sonra maksimum 6 ay ərzində tikinti şirkəti binanı sakinlərə təhvil verməlidir. Sakinlər özləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratmalıdırlar.

Birincisi cəmiyyətin yaradılması ilə bağlı müraciət İqtisadiyyat Nazirliyinə göndərməli və bina sakinlərinin 50% dən çoxu imza çəkərək iştirak etməlidirlər. Bundan sonra onlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidilər”, - deyə qeyd edən E.Fərzəliyev vətəndaşları bu məsələlərdə diqqətli olmağa, haqlarını tələb etməyə səsləyib.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?