Faiq Əliyev nə qədər PULLA İLİŞİB... - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 236
25 in 2022 | 16:16
Faiq Əliyev nə qədər PULLA İLİŞİB... - İLGİNC FAKTLAR


Tanınmış özəl klinika “Bona Dea” məhkəməyə verilib.

Mərkəzi Bank tərəfindən hospital barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

“Bona Dea” rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Belə ki, hospital xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin qarşılığında hər hansı xidmət almayıb. Ölkədən çıxarılan valyuta isə geri qaytarılmayıb.

Əldə etdiyimiz məlumata görə, hospitala 2 epizod üzrə protokol tərtib olunub. Protokollara əsasən, ümumilikdə ölkədən çıxarılan valyutanın məbləği 64 min dollara (109 min manat) yaxındır. Protokollar üzrə müddəa təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində (təxminən 32 min manat) cərimə cəzası gözləyir.

“Bona Dea” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.

***

Qeyd edək ki, dia.az Faiq Əliyevlə bağlı müəyyən araşdırmalar aparıb. Əldə etdiyimiz bilgilərə görə, "Bona Dea Medikal" və "Bona Dea" şirkətlərindən başqa, Faiq Becan oğlu Əliyev "Palitra" MMC, "Riva-İnşaat" MMC, "Riva" MMC, "Makro Qrup" MMC və "Format Qrup" MMC-nin təsisçisidir.

"Riva-İnşaat" MMC "SOCAR Petroleum"un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra" MMC "Port Baku", "SOCAR Tower", "White City Head Office" və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib.

Qeyri-rəsmi məlumatlara görə, hospitalın tikintisini SOCAR dövlət şirkəti maliyyələşdirib. Ancaq bu, təsdiqini tapmayıb.

Eyni zamanda sosial şəbəkələrdəki materiallara görə, bu super müasir kompleksin tikintisini UNICO firması həyata keçirib. Bu şirkət Bakıda Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası, Port Baku-da BP şirkətinin ofisi, Su Mərkəzi, Kristal zal və digər mühüm obyektləri inşa edib. Obyektin qiyməti açıqlanmır.

DİA.AZ bildirir ki, Faiq Əliyevlə yayılan son informasiyalardan aydın olur ki, onun ölkədən çıxardığı məbləğ heç də rəsmiləşən hissə ilə kifayətlənmir və daha böyükdür. Bu barədə isə növbəti yazımızda geniş bilgiləri təqdim edəcəyik.

***

Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ